Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Cənab Prezident İlham Əliyevin Şuşa şəhərindən xalqa müraciəti hər birimizi qürurlandırdı!

0

  •   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev may ayının 10-da Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı xalqa müraciət etdi. Bu adi bir müraciət deyildi. Çünki bu müraciət gündən-günə abadlaşan və gözəlləşən, zəfərimizin rəmzi və tacı sayılan azad və gözəl Şuşamızdan edilirdi. Çünki bu müraciət öz ömrünü xalqı, milləti və Vətəni uğrunda fəda etmiş, Azərbaycanın qüdrətlənməsində, çiçəklənərək inkişaf etməsində misilsiz xidmətləri olmuş Ulu öndər Heydər Əliyevin fədakarlıqlarla dolu fəaliyyəti haqqında idi.   Dövlətimizin başçısı bildirdi ki, Heydər Əliyev bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət etmişdir. Ölkəmizin hərtərəfli inkişafı üçün böyük işlər görmüşdür.    Azərbaycanın faciələri onun hakimiyyətdən getməsindən sonar başlamışdı.Yenicə müstəqillik qazanmış Azərbaycanda hakimiyyət səriştəsiz rəhbərlərin əlinə keçdi. Ölkə, demək olar ki, iflic vəziyyətə düşdü. Bundan istifadə edən Ermənistan işğalçılıq siyasətini genişləndirdi. 1992-ci ilin may ayında Şuşa da işğal olundu.  AXC-Müsavat cütlüyünün hakimiyyəti ölkəni xaos vəziyyətinə gətirib çıxardı.   Belə bir ağır dövrdə xalq ayağa qalxdı. Xalq Heydər Əliyevin simasında nicat yolu görürdü. Məhz onun yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın xilası oldu.   Həmin dövrdə Azərbaycan iqtisadiyyatı tamamilə çökmüşdü. Belə bir vaxtda xarici investorları ölkəyə gətirmək böyük siyasi məharət tələb edirdi ki, bunun da öhdəsindən Ümummilli lider Heydər Əliyev gəldi. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” Azərbaycan tarixində bir dönüş nöqtəsi oldu. Heydər Əliyevin neft strategiyası bu gün Qarabağı, Zəngəzuru yenidən qurmağımıza imkan verir.   Dövlət başçısı Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətlərindən – Azərbaycanda sabitliyin hökm sürməsi məqsədi ilə atdığı addımlardan, milli- mənəvi dəyərlərin qorunmasındakı rolundan, Azərbaycan dilinin qorunmasına dair önəmli qərarlardan, ordu quruculuğundakı xidmətlərindən bəhs etdi.   Bu gün Azərbaycan Ulu Öndərin yolu ilə gedərək istənilən sahədə inkişafa və böyük uğurlara nail olmuşdur. Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Şükürlər olsun ki, Şəhidlərimizin qanı bahasına Müzəffər Ali Baş Komandanımızın  qətiyyətli addımları, rəşadətli Ordumuzun şücaəti, xalqımızın birliyi nəticəsində biz Ulu Öndərin və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu gerçəkləşdirdik.         Yaşasın Azərbaycan!Zülfü Quliyev,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib49 dəfə
    Cənab Prezident İlham Əliyevin Şuşa şəhərindən xalqa müraciəti hər birimizi qürurlandırdı!

    Maraqlı gələ bilər
    52
    43
    129
    41